Accessibility links

Tofiq Yaqublu qızının dəfnində iştirak etmək üçün 7 günlük sərbəst buraxılıb [Video]


Tofiq Yaqublu (Foto musavat.com saytından götürülüb)
Tofiq Yaqublu (Foto musavat.com saytından götürülüb)

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu qızının dəfnində iştirak etmək üçün həbsxanadan müvəqqəti olaraq azadlığa buraxılıb. Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

Bu günlərdə Rusiyanın Tomsk şəhərində dünyasını dəyişən Nərgiz Yaqublunun dəfni aprelin 25-də olacaq.

T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş vermiş iğtişaşlarla bağlı ittiham edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib. O, özünü günahkar saymır, ittihamı siyasi sifariş hesab edir.

Amnesty International Yaqublunu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG