Accessibility links

Toğrul Nərimanbəyov Parisin Passi qəbiristanlığında dəfn olunacaq


Toğrul Nərimanbəyov
Toğrul Nərimanbəyov

Məşhur Azərbaycan rəssamı Parisdə vəfat edib. Onun qəbri İran şahının qızının qəbrinin yaxınlığında olacaq

Parisin Passi qəbiristanlığının müdiriyyəti məşhur rəssam Toğrul Nərimanbəyovun dəfninə razılıq verib. Dəfn gələn həftənin əvvəlində baş tutacaq, bu barədə Turan-a rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova bildirib.

İyunun 2-də vəfat etmiş rəssamın dəfni qızı Əsmərin onun Bakıda dəfn olunmasını tələb etməsi ilə əlaqədar gecikib. Bu münaqişə məhkəmədə, daha sonra isə Paris prokurorluğunda təhqiqata səbəb olub.

“Prokurorluq Toğrulun öz əcəli ilə öldüyünü və mənim diqqətsiz münasibətdə ittiham olunmağım üçün heç bir əsas olmadığını təsdiq edib”, deyə S.Nərimanbəyova bildirib.

İarn şahının qızı Leyla Pəhləvinin məzarı
İarn şahının qızı Leyla Pəhləvinin məzarı
O, həmçinin bildirib ki, Toğrulun qəbri bir neçə il əvvəl həmin qəbirstanlıqda dəfn edilmiş İran şahının qızının qəbrinin yaxınlığında olacaq.

Məşhur Azərbaycan rəssamı təxminən 10 il əvvəl Parisə köçüb, ailəsi ilə birlikdə orada yaşayır və işləyirdi. O, Fransa vətəndaşlığı alıb, amma müntəzəm olaraq Azərbaycana gəlirdi.
XS
SM
MD
LG