Accessibility links

Tramp 50 Obama rəsmisini yeni administrasiyada qalmağa dəvət edib


ABŞ-ın növbəti prezidenti Donald Tramp 50 yüksək səlahiyyətli hökumət rəsmisinin administrasiyasında qalmasını xahiş edib.

Onlar arasında müdafiə nazirinin müavini Robert Uork və İslam Dövləti qrupu ilə mübarizə komandasının rəhbəri Brett Makqrek də var.

Senat Dövlət Katibi Con Kerrinin varisi ExxonMobil-in baş icraçı katibi Reks Tillerson üzərində səsverməni bazar ertəsi, yaxud çərşənbə axşamı keçirəcək.

Yeni administrasiyaya dəvət alanlar arasında Narkotiklərlə Mübarizə İdarəsinin rəhbəri Çak Rozenberq, Terrorimzlə mübarizə idarəsinin direktoru Nik Rasmussen, dövlət katibinin siyasi məsələlər üzrə müavini Tom Şennon və digərləri var.

Uorkun fəaliyyətinin cəmi bir neçə saat çəkəcəyi gözlənilir. Belə ki, Trampın nominasiya etdiyi General Ceymz Mattisin cümə günü erkən Müdafiə Naziri vəzifəsinə Konqres tərəfindən təsdiq olunacağı gözlənilir.

Şennon Dövlət Departamentinə ən azı həftənin sonuna kimi rəhbərlik edəcək. Senat Dövlət Katibi Con Kerrinin varisi ExxonMobil-in baş icraçı katibi Reks Tillerson üzərində səsverməni bazar ertəsi, yaxud çərşənbə axşamı keçirəcək.

Donald Trampın müdafiə naziri qismində seçimi Ceyms Mattis
Donald Trampın müdafiə naziri qismində seçimi Ceyms Mattis

Diplomatik cəbhədə Tramp administrasiyasının Rusiyanın Astanada Suriya ilə bağlı təşkil etdiyi sülh danışıqlarına qatılıb-qatılmayacağı aydın deyil.

Tramp əks terrorizm və təhlükəsizlik məsələlərində Rusiya ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib, lakin keçid komandası danışıqlara qatılmağa hazır olduğunu söyləmiş Obamanın elçisi Maykl Ratniyə bu səfəri tövsiyə etməyib.

XS
SM
MD
LG