Accessibility links

Ali Məhkəmə Trampın maliyyə sənədlərinin açıqlanmasına dair hökm çıxarıb


ABŞ-ın Ali Məhkəməsi Nyu-York prorkurorluğunun prezident Donald Trampın maliyyə sənədlərini əldə etməsinə dair hökm çıxarıb. Lakin məhkəmə hələlik demokratların nəzarətində olan Nümayəndələr Palatasının bu kimi sənədləri əldə etməsinə imkan verməyib.

Hər iki hökm mühafizəkar baş hakim Con Robertsin qərarı ilə çıxarılıb.

Hökmlərdən biri Trampın uzunmüddətli hesab şirkəti Mazars LLP-nin müxtəlif sənədlərin təqdimatı üçün məhkəməyə çağırışını nəzərdə tutur.

Lakin məhkəmənin demokratların nəzarətində olan Nümayəndələr Palatsının bu kimi sənədləri əldə etməsinə imkan verməməsi Tramp üçün qısamüddətli qələbə ola bilər.

Robertsin qərarları məhkəmənin 4 liberal üzvü və Trampın təyin etdiyi 2 mühafizəkar hakim - Brett Kavano və Neyl Qorsuç tərəfindən dəstəklənib.

Digər prezidentlərdən fərli olaraq Tramp vergi qayıdışları və onun sərvəti və maliyyə fəaliyyətlərinə dair sənədləri açılamaqdan imtina edir. Bu sənədlər noyabrda yenidən seçilmək əzmində olan Trampın sirri olaraq qalır.

Nümayəndələr Palatasının 3 komitəsi indiyədək bu sənədlərin əldə edilməsinə çalışırdı.

Kriminal təhqiqatlar çərçivəsində Trampım maliyyə sənədləri Nyu-Yorkun ali münsiflər məhkəməsinə verilməlidir.

Təhqiqata 2018-ci ildə Manhettan Rayon Hüquq Şəbəsinin demokrat rəhbəri Kirus Vans start verib. Burada Trampın iki qadına - porno ulduzu Stormi Daniels və Playboyun sabiq modeli Karen Makduqalla seks müqabilində ödədiyini pullar da daxil edilib.

Tramp və onun yardımçıları bu iddiaları rədd edir.

Trampın vəkilləri onun Konstitusiyaya əsasən prezidentlik müddətində toxunulmazlıq hüququna malik olduğunu deyir.

XS
SM
MD
LG