ABŞ prezidenti Donald Tramp növbəti ay İsrail baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edəcək.
Ağ Ev sözçüsü Rac Şah prezidentin Netanyahu ilə 5 mart tarixində görüşəcəyini təsdiq edib.
Liderlər sonuncu dəfə İsveçrənin Davos şəhərində, Tramp administrasiyasının Qüdsü İsrailin paxtaxtı kimi tanıması və ABŞ səfirliyinin həmin şəhərə köçürülməsi qərarından sonra üzləşdiyi beynəlxalq tənqidlərdən bir neçə həftə sonra görüşmüşdülər.
Səfər haqqında xəbərin yayılması İsrail polis tərəfindən uzunmüddətli korrupsiya təhqiqatı nəticəsində Netanyahuya irəli sürülən rüşvətxorluq itthamlarının səslənməsindən bir neçə gün sonraya təsadüf edir.