Accessibility links

Türkiyədə etirazlar formasını dəyişib


Türkiyədə hökumətə qarşı nümayişçilər dünəndən bəri etirazlarını səssiz keçirməyə başlayıb. Yüzlərlə insan İstanbulun Taksim Meydanında etirazını hələ də ayaq üstə sükutla bildirən rəssam Erdem Gündüzə qoşulub.

Həftələrdir İstanbul və Ankarada keçirilən nümayişlər zamanı etirazçılar gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edən polisə daş və yanacaq bombaları atıb.

Türkiyə polisi dünən ölkə boyu evlərdə və idrarələrdə axtarışlar aparıb və 100-ə yaxın insanı həbs edib. Hökumətə qarşı nümayişlərin başlanmasından bəri azı 4 nəfər ölüb, 7500 nəfər yaralanıb, minlərlə insan həbs edilib.
XS
SM
MD
LG