Türkiyə dövlət mediası bildirir ki, Suriyadan növbəti minamyot mərmisi ölkənin cənubuna düşüb.
Anadolu xəbər agentliyi bildirir ki, Türkiyə hərbi qüvvələri sərhəd kəndinə mərmi düşdükdən sonra cavab atəşi açıblar. Bu arada İdlib vilayətində üsyançılarla hökumət qüvvələri arasında toqquşmalar vüsət alıb.
Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan Suriyaya bir daha xəbərdarlıq edərək "Türkiyənin cavab vermək imkanlarını sınağa çəkməməyə" çağırıb.
Suriya ərazisindən atılan mərminin türk kəndində beş mülki vətəndaşı öldürməsindən sonra Türkiyə parlamenti sərhəd bölgəsində hərbi əməliyyatlara icazə verib.
Bu arada Suriyanın şimali Hələb şəhərində sakinlər şəhərdə cərəyan edən döyüşlərlə ayaqlaşmağa çalışırlar.
Azad Suriya Ordusunun briqada komandiri Amerikanın Səsinə bildirib ki, üsyançılar hökumət qüvvələrini şəhərdən çıxarmağa ümid bəsləyirlər, lakin bunun üçün kifayət qədər resurs yoxdur.
“Ramazan ayı bitəndən bəri biz Hələbi alaraq Dəməşqə doğru irəliləməyi planlaşdırırıq, amma sursat çatışmazlığı və təyyarələrdən atılan raketlər bizə əngəl törədir,” deyə Əbu Ömər bildirib.