Accessibility links

Ukraynanın baş naziri Mıkola Azarov istefa verdi [Fotoqalereya] - YENİLƏNİB


Ukrayna prezidenti Viktor Yanukoviç bu gün baş nazir Mikola Azarovun istefa ərazisini qəbul edib. Bu, siyasi müxalifətin başlıca tələblərindən idi.

Rəsmi Kiyev baş nazir Mıkola Azarovun istefasının siyasi kompromis olduğunu deyir. Hökumətin veb səhifəsində açıqlanan məlumatda ölkədə iki aydır davam edən və zorakılıqlarla nəticələnən nümayişlərdən sonra cənab Azarovun belə bir addımı sosial-siyasi kompromis olaraq atdığı deyilir.

Bazar ertəsi Ukrayna prezidenti Viktor Yanukoviç paytaxtda ən zorakı toqquşmalara səbəb olan yeni anti-nümayiş qanunlarını ləğv etməyə razılıq verib. Lakin cənab Yanukoviç ölkə boyu zəbt olunan hökumət binalarının boşaldılmadığı təqdirdə həbs edilən etirazçıların azad edilməsi tələbini rədd edib.

Ədliyyə Nazirliyini ələ keçirən etirazçılar binanı tərk edərək, hökumətlə razılıq əldə edilmədiyi təqdirdə yenidən geri dönəcəklərini bəyan ediblər.

Ukrayna prezidenti ölkədəki böhranla bağlı hökumətin məsuliyyətini müzakirə etmək üçün bu gün təcili parlament iclası çağırıb.

Müxalifət lideri Arseniy Yatsenyuk rəsmən prezident Yanukoviçin onu baş nazir təyin etmək təklifini rədd edib. Cənab Yanukoviçin məhdudlaşdırıcı qanunları ləğv etməsi təklifinin necə qarşılanacağı hələlik aydın deyil.
XS
SM
MD
LG