Accessibility links

Umud Şükri: Neft infrastrukturunda təhlükəsizlik təmin olunmasa, Yaxın Şərq ölkələri iflasa uğrayar


Umud Şükri
Umud Şükri

Keçən həftələrdə Səudiyyə Ərəbistanının neft emalı obyektləri dağıdıcı hücumlara məruz qaldı. Hücumların ardınca kəskin artan qiymətlər yenidən ensə də, enerji eksperti Umud Şükrinin sözlərinə görə, ölkələrdə enerji infrastrukturlarının təhlükəsizliyi ilə bağlı yaratdığı narahatlıq davam edir.

Umud Şükri Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:35 0:00
İran bu gün sanksiyalardan dolayı neft sata bilmir. Amma, bir gün Qərblə masaya oturub problemlərini çözməlidir. Çözdüyü zaman neftini ixrac etmək üçün, bunun həm emalı həm də tranzitində təhlükəsizliyin təmin olunmasına ehtiyacı olacaq.

Umud Şükri Amerikanın Səsinə söhbətdə deyir ki, “bu hücum göstərdi ki, Yaxın Şərqdə neft ixrac edən və iqtisadiyyatı neftə bağlı olan bütün ölkələr infrastrukturlarının təhlükəsizliyinə daha artıq önəm verməli və yeni texnologiyalardan istifadə etməlidirlər. Yəni digər ölkələrdən bu texnologiyaları satın almalıdırlar.”

O, iqtisadiyyatı neft və təbii qaza bağlı ölkələrdə təhlükəsizlik sistemlərinin nəzərdən keçirilməsinin qaçılmaz olduğunu vurğulayır:

“Məncə bu hücumdan sonra neft ixrac edən bütün ölkələr bu istiqamətdə yeni qərarlar alıblar və ya yeni qərarlar almağa məcbur olacaqlar... Bundan sonra heç ölkə deyə bilməz ki, mənin neft emal edən təsislərimin təhlükəsizliyi yüz faiz təmin olunur. ABŞ və digər ölkələrdən bu qədər silah alan Ərəbistan belə bu hücumlara reaksiya verə bilmədi.”

Səudiyyə Ərəbistanının obyektlərinə dron hücumları Yəməndəki İran dəstəkli Husi üsyançıları tərəfindən həyata keçirildi.

Umud Şükri hesab edir ki, bu növ hücumlardan heç bir ölkə qazana bilməz.

"Bu kimi hücumlar davam etsə, bu ölkə dəstəklədiyi silahlı dəstələr vasitəsilə o birinin təsislərinə hücum etsə, o biri ölkə də ona yaxın qüvvələr vasitəsilə bunu edə bilər. Halbuki, Yaxın Şərqdə sabitlik olmadığı zaman neft sata bilməzlər. Bütün bu ölkələrin iqtisadiyyatı iflas edər," o deyib.

İran İslam Respublikasında da iqtisadiyyatın tamamilə neftə bağlı olduğuna diqqət çəkən ekspertin dediklərinə görə, İran bugün neft ixrac edə bilməsə də, gələcəkdə ixrac edə bildiyi zaman bu sahədə təhlükəsizliyin təmin olunmasına ehtiyacı olacaq.

Səudiyyə Ərəbistanının neft emalı obyektlərinə dron hücumları Yəməndəki İran dəstəkli Husi üsyançıları tərəfindən həyata keçirildi.
Səudiyyə Ərəbistanının neft emalı obyektlərinə dron hücumları Yəməndəki İran dəstəkli Husi üsyançıları tərəfindən həyata keçirildi.

“İran bu gün sanksiyalardan dolayı neft sata bilmir. Amma, bir gün Qərblə masaya oturub problemlərini çözməlidir. İran bilir belə davam etsə iflas edər. Problemi çözdükdən sonra isə, neftini ixrac etmək üçün, bunun həm emalı həm də tranzitində təhlükəsizliyin təmin olunmasına ehtiyacı olacaq. Təhlükəsizlik olmasa, Ərəbistana da olmaz, İrana da olmaz, İraqa və Birləşmiş Əmirliklərə də olmaz,” Umud Şükri əlavə edir.

XS
SM
MD
LG