Accessibility links

Urmiyədə müxalif qruplara üzvlükdə ittiham edilən üç nəfər həbs edilib


Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İranın təhlükəsizlik qüvvələri bu yaxınlarda rejimə qarşı müxalif qruplara üzv olmaqda ittiham edilən üç vətəndaşı həbs edib.

Bu haqda insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi məlumat yayıb.

HRA-nın xəbərinə görə, Mehrab Həsənpur, Ehsan Tirbani və Keyhan Nikaz təhlükəsizlik qurumuna bağlı nəzarət mərkəzlərində sorğu-sual edildikdən sonra Urmiyə həbsxanasına köçürülüblər.

Mehrab Həsənpurun üç həftə əvvəl, Ehsan Tirbani və Keyhan Nikzadın isə bir həftə əvvəl təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir.

HRA onların “rejimə müxalif qruplaşmalara üzv olmaq” və “rejimə qarşı təbliğat fəaliyyəti” göstərməkdə günahlandırıldığını bildirir.

Saxlanılan vətəndaşların hansı qruplara üzv olmaqda ittiham edildiyinə dair məlumat verilməyib.

XS
SM
MD
LG