Accessibility links

Prezident Obama Rusiya və Çin liderlərini İrana təzyiqləri dəstəkləməyə çağırıb


په امریکا کې د توپانونو زیانونه په انځورونو کې
په امریکا کې د توپانونو زیانونه په انځورونو کې

ABŞ prezidenti Barak Obama Rusiya və Çin liderlərinin İranın nüvə fəaliyyətlərini dayandırması üçün ölkəyə göstərilən təzyiqləri dəstəkləyməyə çağırıb. Prezident Obama İrana BMT sanksiyaları vasitəsilər təzyiqləri artırmağa çalışır, lakin eyni zamanda, hərbi yol da daxil olmaqla, “bütün variantların masa üzərində” qaldığını bildirir.

Cənab Obama İranın nüvə proqramını Havay adalarında Honoluluda regional sammit çərçivəsində Rusiya prezidenti Dmitri Medvedev və Çin prezidenti Hu Tsintao ilə ayrı-ayrı görüşlər zamanı müzakirə etdiyini bildirib.

Rusiya prezidenti ilə görüşdən sonra cənab Obama bildirib ki, o və onun rusiyalı həmkarı İranın beynəlxalq təəhhüdlərə əməl etməsinə nail olmaq üçün ölkənin nüvə fəaliyyətləri ilə bağlı birgə mövqeyin əldə edilməsində maraqlı olduqlarını bir daha bəyan ediblər.

Prezident Obama cənab Hu ilə danışıqlardan əvvəl Çin lideri ilə İranın beynəlxalq normalara əməl etdiyini təmin etmək istədiyini bildirib.

Şənbə günü danışıqlardan sonra Rusiya və Çin liderləri cənab Obama ilə İranla bağlı müzakirələr barədə açıqlamalar verməyib.

Amerikanın özündə isə Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparan siyasətçilər prezident Obamanı tənqid edərək, nüvə proqramı ilə əlaqədar mübahisəni həll etmək üçün daha güclü sanksiyaların tətbiq edilməsinə səsləyib.

Qərb dövlətləri BMT-nin nüvə agentliyinin ölkənin nüvə silahı istehsal etmək səylərinə dair ciddi dəlillərin olduğu bildirilən yeni hesabatı ilə bağlı yaranmış narahatlıqları ünvanlamasa, İranın yeni sanksiyalarla üzləşə biləcəyinə dair xəbərdarlıq edib.

İran hesabatda deyilənləri rədd edərək, nüvə proqramının dinc mahiyyət daşıdğını bildirir.

Rusiya və Çin isə bildirib ki, İrana qarşı əlavə BMT sanksiyaları nüvə proqramı ilə əlaqədar mübahisənin həllinə gətirib çıxarmayacaq.

XS
SM
MD
LG