Accessibility links

İsrail İranın nüvə proqramına qarşı fəaliyyət göstərilməsinə təkid edir


İsrail İranın nüvə proqramına qarşı fəaliyyət göstərilməsinə təkid edir
İsrail İranın nüvə proqramına qarşı fəaliyyət göstərilməsinə təkid edir

İsrail BMT-nin nüvə agentliyinin İranın nüvə silahı istehsalı səylərinə dair etibarlı dəlillərin olduğu qeyd edilən hesabatının açıqlanmasından sonra İranın nüvə proqramı əleyhinə beynəlxalq səviyyədə fəaliyyət göstərilməsini tələb edir.

İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Nazirlər Kabinetinin iclasında deyib ki, hesabat İranın davamlı şəkildə nüvə silahları istehsalı ilə məşğul olduğunu sübuta yetirir.

İsrail nüvə silahına malik İranı özünə təhlükə hesab edirə İsrailin özünün Yaxın Şərqdə nüvə silahına malik yeganə ölkə olduğuna inanılır.

İranın nüvə proqramı Havay adalarında Honoluluda Asiya-Sakit okeanı ölkələrinin sammitində ABŞ prezidenti Barak Obamanın Rusiya və Çin liderlərilə görüşləri zamanı diqqət mərkəzində olub.

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşavinin müavini Ben Rods deyib ki, üç ölkənin lideri İranın nüvə silahına malik olmağa çalışdığına dair vahid mövqe nümaiyş etdirmişlər.

XS
SM
MD
LG