Accessibility links

USAID media və jurnalistika sahəsində beynəlxalq və yerli təcrübə proqramı elan edib


ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Media və Jurnalistika Fəaliyyəti (MJF) çərçivəsində gənclər üçün media və jurnalistika sahəsində beynəlxalq və yerli təcrübə proqramını elan edib.

Bu barədə USAID-in məlumatında deyilir.

Məlumatda deyilir ki, media və jurnalistika sahəsini əhatə edəcək yerli təcrübə proqramı həftəlik 20 saat olmaqla may və iyul aylarını əhatə edəcək. Üç ay müddətində təcrübə qazanmaqda maraqlı olan üç gənc rəqabət əsasında seçiləcək. Sənədləri təqdim etmək üçün son tarix 30 martdır.

“Qeyd edək ki, təcrübəçilər Bakıda fəaliyyət göstərən üç müstəqil və peşəkar media qurumlarında təcrübə keçəcəklər”, USAID bildirir.

MJF eyni zamanda media və jurnalistika sahəsində Türkiyə və Avropa ölkələrində təcrübə keçmək istəyən Azərbaycan vətəndaşlarını "Beynəlxalq təcrübə proqramına" müraciət etməyə dəvət edir.

“Bu proqram həftədə 40 saat olmaqla 2 ay müddəti (may və iyun ayları) əhatə edəcək. Təcrübə qazanmaqda maraqlı olan üç gənc rəqabət əsasında seçiləcək. Sənədləri təqdim etmək üçün son tarix 15 martdır. Təcrübə proqramı müddətində təcrübə keçəcək hər bir iştirakçının səfər, qalmaq və gündəlik xərcləri MJF tərəfindən ödəniləcək. Lakin təcrübəçilərə aylıq maaşın verilməsi nəzərdə tutulmur. Təcrübəçilər Türkiyə və Avropa ölkələrində fəaliyyət göstərən üç müstəqil və peşəkar media qurumlarında təcrübə keçəcəklər”, məlumatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG