Accessibility links

"Arşın mal alan"ın 100 illiyi YUNESKO səviyyəsində qeyd ediləcək


"Arşın mal alan" tamaşası
"Arşın mal alan" tamaşası

Tamaşa-konsertdə Qazaxıstanın Karaqanda simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə artistləri ifa edəcək

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyindən verilmiş m
məlumata əsasən, cari ilin

Sentyabrın 17-də YUNESKO-nun Baş Qərargahında Türk Mədəniyyəti üzrə Beynəlxalq Təşkilatın (TÜRKSOY), eləcə də Azərbaycan və Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək. Bu barədə Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi məlumat yayıb.

YUNESKO 2011-ci ildə “Arşın mal alan” operasının 100 illiyini yubileylər siyahısına daxil edib, onun beynəlxalq səviyyədə qeyd edilməsinə qoşulub.

Bayram tədbirləri çərçivəsində TÜRKSOY-un 20 illik fəaliyyəti və “Arşın mal alan” operasının yaradılmasını əks etdirən fotosərgi, həmçinin operaya aid tamaşa-konsertin keçirilməsi nəzərdə tutulub.

Tamaşa-konsertdə Qazaxıstanın Karaqanda simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə artistləri çıxış edəcək.
XS
SM
MD
LG