Accessibility links

Naxçıvanın keçmiş milli təhlükəsizlik nazirinin məhkəməsi qapalı olacaq


Vsif Talıbov və Vəli Ələsgərov
Vsif Talıbov və Vəli Ələsgərov

İyunun 8-də Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Qasım Əliyevin sədrliyi muxtar respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun işi üzrə hazırlıq iclası keçirilib.

Sabiq nazirin vəkili Vüqar Xasayev Amerikanın Səsinə bildirib ki, müdafiə tərəfi iclasın təxirə salınması haqqında vəsatət qaldırıb, belə ki, vəkillərin iş materialları ilə tanış olmasına imkan verilməyib. Amma vəsatət təmin edilməyib. Məhkəmə prosesi 13 iyun saat 10:00-a təyin edilib. Proses qapalı olacaq.

Vəli Ələsgərov 15 il ərzində Naxçıvan MTN-in rəhbəri olub. O, 2015-ci ilin dekabrında gözlənilmədən vəzifədən azad edilib. Bundan sonra ona qarşı mənimsəmə, sui-istifadə və səlahiyyətlərini aşma ittihamları ilə cinayət işi açılıb. Bir müddət həbsdə saxladıqdan sonra Ələsgərovu ev dustaqlığına buraxıblar, amma o, mətbuata təqsirsiz olduğunu və həbs zamanı işgəncələr məruz qaldığını bildirdikdən sonra yenidən həbs edilib. Ötən həftə vəkillər Ələsgərova qarşı yeni qanunsuz dinləmə ittihamı irəli sürüldüyünü bildiriblər, amma ətraflı məlumat verməyiblər.

Vəkil həmçinin bildirir ki, müdafiə tərəfi ittiham materiallarının surətini almayıb və proses başlayana qədər vəsatətləri hazırlaya bilməz. Bundan başqa, müdafiə tərəfi prosesdən əvvəl məhbusla görüşə bilməyib.

XS
SM
MD
LG