Accessibility links

Çoxsaylı beynəlxalq təşkilat jurnalist Xədicə İsmayılovaya qarşı təzyiqlərin dayandırılmasını tələb edir


İPGA-logo
İPGA-logo

Bu təşkilatlar prezident və baş prokurora müraciət edərək jurnalistin şəxsi həyatlına müdaxilə, hədələmə ilə bağlı cinayət əməllərinin araşdırılmasını xahiş edir

Sərhədsiz Reportyorlar, Article 19, Civil Rights Defenders, Human Rights House Foundation, Human Rights Watch, International Media Support, Media Diversity Institute, Norwegian Helsinki Committee, Open Society Foundations, PEN International, People in Need Organisation beynəlxalq hüquq müdafiə təşkilatları prezident İlham Əliyevə və baş prokuror Zakir Qaralova jurnalist Xədicə İsmayılovanın təqibi faktlarının araşdırmalarının nəticə verməsi üçün konkret addımlar atmaq çağırışı ilə birgə məktub göndərib.

“Biz jurnalist Xədicə İsmayılovanın təqibinin və qorxudulmasının davam etməsi və onun işinə müdaxilələrlə bağlı dərin narahatlığımızı bildiririk. Sizi onun ünvanına hədələrin, habelə şəxsi həyatına müdaxilələrin operativ, diqqətli, səmərəli və şəffaf araşdırılmasının təmin edilməsi üçün dərhal tədbirlər görməyə çağırırıq”, deyə müraciətdə bildirilir.

İsmayılovaya qarşı böhtan kampaniyası 7 mart 2012-ci ildə o, anonim göndəricidən intim fotoşəkilləri və özünü “yaxşı aparması, əks halda biabır ediləcəyi” haqqında xəbərdarlıqla zərf aldığı zaman başlayıb.

Lakin Xədicə İsmayılova qorxmayıb və yüksək vəzifəli məmurların korrupsiyasını ifşa edən araşdırmalarını davam etdirib.

15 mart 2012-ci ildə Prezident Aparatının nümayəndəsi bəyanatla çıxış edərək, Xəricə İsmayılovaya qarşı atılan addımları kəskin pisləyib və araşdırma aparmağı vəd edib, növbəti gün isə prokurorluq şəxsi həyata müdaxilə faktı üzrə cinayət işi açıb. Lakin prokurorluq hədələmə faktı üzrə araşdırmaya başlamaqdan imtina edib.

Həmin vaxtdan etibarən Xədicə İsmayılova prokurorluğa araşdırmanı bərpa etmək xahişi ilə ən az dörd məktub göndərib. Prokurorluq öz cavablarında təfsilata varmadan araşdırmanın davam etdiyini bildirib.

Xədicə İsmayılova öz araşdırmaları ilə telefon şirkətinin onun mənzilində olub adı çəkilməyən mənbənin sifarişi ilə əlavə naqillər quraşdıran əməkdaşını müəyyən edib.
2013-cü ilin aprelində hökumətyönlü sayt Xədicə İsmayılova olduğunu iddia etdiyi bir qadının iştirakı ilə açıq-aşkar seksual xarakterli video yerləşdirib. Jurnalist videonun saxta olduğunu və bunun ona qarşı böhtan kampaniyasının davamı olduğunu bildirib.
2013-cü il ərzində hakim partiya ilə əlaqəli qəzetlər böhtan kampaniyasını, o cümlədən intim videoya istinadları davam etdiririr.

Xədicə İsmayılova Azərbaycan məhkəmələrində bu nəşrlərlə bağlı ədalətə nail ola bilməyib.

İyulun 26-da daha bir sayt onun mənzilində gizli kamera ilə çəkilmiş intim xarakterli video yerləşdirib ki, bunun da məqsədi onu yenidən qorxutmaq və gözdən salmaq idi.
Azərbaycanın şəxsi həyatın toxunulmazlığı və ifadə azadlığı hüquqlarına hörmət etmək və onları qorumaq üzrə beynəlxalq öhdəlikləri var.

İnsan hüquqları həm demokratik cəmiyyətin səmərəli işləməsi, həm də ayrı-ayrı şəxslərin ləyaqətinə riayət olunması üçün əhəmiyyətidir.

Azərbaycan həmçinin jurnalistlərin təhlükəsizliyi ilə bağlı çoxsaylı tövsiyələr alıb. O cümlədən, BMT-nin İnsan Hüquqları Şurasından “jurnalistlərin və publisistlərin azad və tənqidə görə cəzalandırılmaq qorxusu olmadan işləmək imkanı ilə təmin edilməsi” xahişi ilə müraciət alıb

Azərbaycan rəhbərliyinin demokratikləşmə və insan hüquqlarına sadiqliyini ifadə etməsinə baxmayaraq, bu öhdəliklərin reallığa çevrilməsi üçün çox şey edilməlidir.

“Sizi Xədicə İsmayılovanın şəxsi həyatına yolverilməz müdaxilə, onun ünvanına hədələmə və işinə müdaxilə faktlarının tez, diqqətli, səmərəli və şəffaf şəkildə araşdırılmasının təmin edilməsi üçün təcili və konkret addımlar atmağa çağırırıq. Bu araşdırma təqsirkarları müəyyən etməli və onların məhkəmə təqibinə cəlb olunmasını təmin etməlidir”, deyə Article 19, Civil Rights Defenders, Human Rights House Foundation, Human Rights Watch, International Media Support, Media Diversity Institute, Norwegian Helsinki Committee, Open Society Foundations, PEN International, People in Need Organisation-ın da imzaladığı müraciətdə qeyd edilir.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG