Accessibility links

"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində həbs qətimkan tədbiri seçilib (audio)


"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində həbs qətimkan tədbiri seçilib (audio)
"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində həbs qətimkan tədbiri seçilib (audio)

Bir neçə gün əvvəl əmlakı müsadirə olunmuş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində həbs qətimkan tədbiri seçilib. O, bu gün axşam iki naməlum şəxs tərəfindən maşına mindirilərək aparılmışdı. Zeynallının Azərbaycan parlamentinin deputatı Gülər Əhmədovanın şikayəti ilə nəzarət altına alındığı bildirilir. Əvəz Zeynallı Gülər Əhmədovanın hakimiyyətə loyallığı müqabilində pul tələb etdiyini bildirib. Gülər Əhmədova isə redaktorun ondan pul tələb etdiyini iddia edir.

Əvəz Zeynallının vəkili Elçin Sadıqov “Amerikanın səsi”nə bildirib ki, ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur. Vəkil hədə-qorxu və külli miqdarda rüşvət tələbetmə ittihamı ilə verilən qərar, o cümlədən Əvəz Zeynallının işi və evində aparılan axtarışla bağlı apellyasiya məhkəməsinə müraciət ediləcəyini deyib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov "Amerikanın səsi"nə Gülər Əhmədovanın telefonlara cavab vermədiyini və ailə üzvlərinin onun ölkəni tərk etdiyini, bir həftədən sonra geri qayıdacağını bildirdiyini deyib.

XS
SM
MD
LG