Accessibility links

Xural qəzetinin redaktorunun məhkəməsi başlayır


Əvəz Zeynallı 2011-ci ilin oktyabrında həbsə alınıb

Mayın 14-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının məhkəməsinə hazırlıq iclası keçirilib.
Vəkil Elçin Sadıqov bildirib ki, məhkəmə qarşısında çoxsaylı vəsatətlər qaldırıb. Belə ki, müdafiə tərəfi məhkəmənin tərkibinə etiraz edib, cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması tələb olunub, həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsi qaldırılıb. Bütün vəsatətlər rədd edilib və hakim məhkəmə baxışını mayın 18-nə təyin edib.
”Xural” qəzeti 2001-ci ildən çap edilir və daim tənqidi mövqe tutub. Qəzetin redaktoru Əvəz Zeynallı 2011-ci ilin oktyabrında həbsə alınıb. İqtidarda olan “Yeni Azərbaycan” Partiyasının Siyasi Şurasının üzvü olan deputat Gülər Əhmədovanın ərizəsi ilə redaktor həbsə alınıb. Ona hədə-qorxu ilə rüşvət tələb etmək ittihamı irəli sürülüb. Amma, bu ittiham özünü doğrultmayıb. Məhkəmə qərarını icra etməkdən yayınma ittihamı da elan edilib. Buna qəzetdə dərc edilən məqalə ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, KİV-lərə dəstək Fondunun başçısı Vüqar Səfərli və “İki Sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadənin qaldırdığı məhkəmə iddiası səbəb olub. Sonradan bu ittihamdan nə üçünsə Ramiz Mehdiyevin adı çıxarılıb. Bundan əlavə, Əvəz Zeynallıya qarşı vergidən yayınma ittihamı da elan edilib.
Beynəlxalq hüquq müdafiə təşkilatları həbsin siyasi motivli olduğunu göstərərək, Ə.Zeynallını vicdan məhbusu kimi tanıdıqlarını bildirib.

XS
SM
MD
LG