Accessibility links

Xural qəzetinin redaktorunun məhkəməsi başlayır


Əvəz Zeynallı deputat Gülər Əhmədovanın şikayəti ilə həbs olunub.

Həbsdə olan “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının məhkəməsi mayın 14-nə təyin edilib.
Hazırlıq iclası Bakı Ağır Cinayətlər məhkəməsində keçiriləcək.
Əvəz Zeynallı ötən il oktyabrın 19-da həbsə alınıb. Ona qarşı cinayət məcəlləsinin külli miqdarda rüşvət alma, hədə-qorxu ilə rüşvət tələb etmək ittihamları irəli sürülüb. Cinayət işinin başlanmasına səbəb deputat Gülər Əhmədovanın şikayəti olub. Bu ittihamlarla yanaşı Əvəz Zeynallıya vergidən yayınma və məhkəmə qərarını icra etməkdən yayınma ittihamları da irəli sürülüb.
Vəkil Elçin Sadıqov qaldırılan ittihamları əsassız adlandırıb. Bu həbsdə iqtidarın yüksək rütbəli bəzi məmurlarının maraqlı olduğunu söyləyib. Vəkilin sözlərinə görə, Ə.Zeynallı özü də ittihamları saxta sayır, həbsini media fəaliyyəti ilə əlaqələndirir.

XS
SM
MD
LG