Accessibility links

Huti üsyançılar ABŞ səfirliyinin avtomobillərini ələ keçirib


Yəməndə Huti üsyançılar Amerika diplomatlarının ABŞ səfirliyinin bağlanması ilə əlaqədar ölkəni tərk etməsindən sonra səfirliyinin avtomobillərini ələ keçirib.

CNN xəbər şirkəti avtomobillərin Səna hava limanından aparıldığı haqda məlumat verib.

Birləşmiş Ştatlar, Britaniya və Fransa təhlükəsizlik səbəblərinə görə Yəməndə səfirliklərinin bağlandığı haqda xəbər yayıb.

ABŞ Dövlət Departamenti bildirib ki, səfirliyin işçiləri Yəmən paytaxtı Sənanın xaricinə köçürülüb. Britaniya səfirlik işçilərini ölkədən çıxarıldığını, Fransa isə diplomatik missiyasının cümə günü bağlanacağını bildirib.

ABŞ, Britaniya və Fransa öz vətəndaşlarına Yəmənə səfər etməməyi, hazırda ölkədə olanlara isə ölkəni tərk etməyi tövsiyə edib.

Yəmən aylardır siyasi qarışıqlıq içərisindədir. Keçən ay Huti şiə üsyançılar prezident iqamətgahını ələ keçirərək, prezidentin və kabinetin istefaya çağırıb.

Üsyançılar keçən cümə günü ölkənin nəzarəti tam ələ adıqlarını bildirərək, parlamenti ləğv etdiklərini və ölkəni idarə etmək üçün yeni prezident şurası yaratdıqlarını elan edib.

XS
SM
MD
LG