Accessibility links

Yəmən prezidenti istefa verib


Yəmənin Nazirlər Kabinetinin də istefa verdiyi bildirilib

Yəmən prezidenti istefa verib. Əbd Rabbun Mənsur Hadinin istefası barədə ABŞ hökumətinin nümayəndəsi bəyanat verib.

Yəmənin Nazirlər Kabinetinin də istefa verdiyi bildirilib.

Huti üsyançıları və Yəmən hökümətinin paytaxt Sənada qarşıdurmaya son qoyulmasına dair razılıq əldə etsinə baxmayaraq, bəzi şahidlərin sözlərinə görə, üsyançılar Yəmən prezidentinin evi və iqamətgahının önündən ayrılmırlar.

Razılığa əsasən üsyançılar geri çəkilməli və prezident Abd Rabbu Mənsur Hadinin administrasiyasın idarə heyətinin sədrini azad etməlidir.

Çərşənbə günü cənab Hadi bəyanatında Hutilərin qarşı çıxdığı konstitusiya dəyişikliyini ləğv etməyi vəd edib və bildirib ki, Hutilərin və cənubi separatçı hərəkatının üzvlərinin bütün dövlət müəssisələrində vəzifəyə təyin olunma haqları var.

XS
SM
MD
LG