Accessibility links

Zabitlər Birliyinin rəhbəri fiziki zorakılığa məruz qalıb [Video-Müsahibə]


Yaşar Cəfərli fiziki zorakılığa məruz qalıb [Video-Müsahibə]
please wait

No media source currently available

0:00 0:11:27 0:00

Yaşar Cəfərli fiziki zorakılığa məruz qalıb (Video-müsahibə)

Yaşar Cəfərliyə hücum edənlərdən birini tutub polisə təslim ediblər

“Ehtiyatda və İstefada olan Zabitlər” Birlyinin rəhbəri Yaşar Cəfərli aprelin 2-də fiziki zorakılığa məruz qalıb.

QHT rəhbəri evinə qayıdarkən qəfildən 2 nəfərin hücumuna məruz qalıb. Bu şəxslər zərbələri daha çox Y.Cəfərlinin baş və üz nahiyəsinə endiriblər. Yaşar Cəfərli müqavimət göstərib və yaxınlıqdakı adamları köməyə çağırıb və bu anda hücum edənlər qaçmağa başlayıblar.

Nəhayət, onlardan biri vətəndaşların köməyi ilə saxlanılıb. Y.Cəfəlrinin iştirakı ilə Yasamal rayon Polis İdarəsinin 29 saylı polis bölməsinə təhvil verilib. Bundan əlavə, Y.Cəfərli polis bölməsinə şikayət ərizəsilə müraciət edib.

Hadisənin başvermə səbəblərinə gəlincə, Y.Cəfərli Amerikanın Səsinə bildirib ki, üç mülahizə üzərində qüşünür. Onun fikrincə, son zamanlar Müdafiə Nazirliyi və şəxsən nazir Səfər Əbiyevi ciddi tənqidlərə məruz qoyduğu üçün bu hücumu nazir S.Əbiyev təşkil edə bilər. S.Əbiyevin yaxın ətrafı ona “sadiq” olduğunu nümayiş etdimək üçün bu hücumu planlaşdıra bilər. Daha bir versiya kimi iqtidardaxili mübarizədə maraqlı olan hansısa qüvvə bu hücumu təşkil edərək müdafiə nazirini şübhə altına gətirə bilər.
Y.Cəfərli tibbi-ekspertizadan keçib.

Aprelin 3-də QHT rəhbərinə hücum edən şəxslərdən birinin şəxsiyyəti müəyəənləşdirilib. Bu Elxan Hacıyev adlı şəxsdir və hazırda 29 saylı polis bölməsiondə saxlanır. Hadisə ilə bağlı polis təhqiqatı aparılır, təhqiqatın nəticəsi prokurorluğa təqdim ediləcək.
XS
SM
MD
LG