Accessibility links

Müdafiə Naziri Fransaya gedib


Müdafiə naziri Zakir Həsənov
Müdafiə naziri Zakir Həsənov

Səfər iki gün davam edəcək

Müdafiə naziri Zakir Həsənov yanvarın 13-də Fransaya rəsmi səfərə yola düşüb.

Azərbaycan müdafiə nazirliyin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə səfər iki gün davam edəcək.

Səfər zamanı Azərbaycan və Fransanın Müdafiə Nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq anlaşmasının imzalanması nəzərdə tutulur.

Məlumata görə, Z.Həsənovun Fransanın Müdafiə naziri Jan-İv Le Drian, Fransa Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi, admiral Eduard Qiyo, eləcə də Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərinin rəhbərləri ilə görüşləri, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparması planlaşdırılır.
XS
SM
MD
LG