Accessibility links

Müdafiə Naziri Gəncəyə gedib


Müdafiə naziri Zakir Həsənov
Müdafiə naziri Zakir Həsənov

Nazir hərbi hissələrin maddi-texniki, silah-sursatla təchizatı, şəxsi heyətin sosial-məişət şəraiti ilə tanış olacaq

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni tədris ilinin başlanması ilə əlaqədar bölgələrdə yerləşən hərbi hissələrin hazırlığını yoxlamaq məqsədilə Gəncə şəhərinə gedib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə nazirinin rəhbərlik etdiyi heyətin məqsədi hərbi hissələrin maddi-texniki, silah-sursatla təchizatını, aparılan tikinti və quruculuq işlərini, həmçinin, şəxsi heyətin sosial-məişət şəraitini yoxlamaqdır.
XS
SM
MD
LG