Accessibility links

Zəncanda 3 müttəhim əfv edilib


Zəncan vilayəti
Zəncan vilayəti

Məhkumlar qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən bağışlanaraq dar ağacından xilas olublar

İRNA agentliyinə istinadən, bu ilin ilk 6 ayı ərzində Zəncanda qisasa məhkum edilmiş üç məhbus qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv edilərək dar ağacından xilas olub.

Bu haqda İran dövlətinin rəsmi xəbər agentliyinə məlumat verən Zəncan vilayəti zindanlar idarəsinin sədri Əlaəddin Kəriminin dediklərinə görə, ağsaqqallar, münaqişələrin həlli üzrə fəaliyyət göstərənn şura və sosial işçilərin müzakirələri nəticəsində ailələr yaxınlarını qətl edən üç məhkumu bağışlayıblar.

Keçən avqust ayında Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində isə bir edam məhkumu qətlə yetirdiyi uşağın valideyni tərəfindən bağışlanaraq, hökmün icrasına bir neçə saniyə qalan son anlarda dar ağacından qurtulmuşdu.

Beynəlxalq qurumların yaydığı hesabatlara əsasən, prezident Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra İranda tətbiq edilən edam hökmlərinin sayı kəskin şəkildə artıb.

XS
SM
MD
LG