Keçmiş səfir: Azərbaycanın ABŞ üçün əhəmiyyəti çox böyük, olduqca böyükdür

Your browser doesn’t support HTML5

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə Azərbaycan və Ermənistanın açıqladığı birgə bəyanat, ABŞ-da növbəti görüşdən gözləntilər və Birləşmiş Ştatların sülhə nail olunması istiqamətində səylərindən danışıb.

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə edilməsində tərəflərə kömək etməyə hazır olduğunu bəyan edib. Vaşqinton bu il Dövlət katibi Blinkenin iştirakı ilə iki dəfə ikitərəfli danışıqlara ev sahibliyi edib. Diplomatlar tezliklə ABŞ-da müzakirələrin yeni mərhələsinin keçirilməsini gözləyir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə növbəti görüşdən gözləntilər və Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında sülhə nail olunması istiqamətində səylərindən danışıb.