Əfqan rəsmilərinin bildirdiyinə görə, bu gün Qəndəhar vilayətinin Pənjvayi yaşayış məntəqəsindəki ticarət mərkəzində maşına yerləşdirilmiş bombanın partlaması nəticədə 21 adam ölmüş, 13 nəfər isə yaralanmışdır. Yerli rəsmilər hədəfin NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım qüvvələri olduğunu, lakin mülki vətəndaşların qətli ilə nəticələndiyini deyirlər.
NATO rəsmiləri isə bildirirlər ki, başqa vilayətlərdə də yol kənarına yerləşdirilmiş iki bomba partlayışı nəticəsində bir Kanada əsgəri qətlə yetirililmiş, ikisi isə yaralanmışdır. Əfqan polisi xəbər verir ki, NATO və Əfqan hərbiçiləri tərəfindən azı 22 nəfər Taliban döyüşçüsü öldürülmüş və yaralanmışdır.