Rəydə seçkiqabağı mühitin çatışmazlıqları ilə bağlı çoxsaylı fikirlər yer alıb
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) iyunun 17-dən 21-dək Bakıda səfərdə olan seçkiqabağı qiymətləndirmə missiyası rəyini açıqlayıb.
Missiyaya ATƏT DTİHB-nin seçkilər üzrə baş müşaviri Riçard Lapin və seçkilər üzrə müşavirlər Raul Muresan və Rodivoje Grujic daxil olub.
Nümayəndə heyəti rəsmi şəxslər və seçki administrasiyası, habelə siyasi partiyaların, media, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.
Hesabatda deyilir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri parlamentdə əksəriyyəti, azlığı və müstəqil deputatların irəli sürdüyü namizədlərdən seçilir.
125 dairə və 5300 məntəqə seçki komissiyalarının üzvləri də analoji sxem üzrə təyin edilir. Seçki komissiyalarının bütün sədrləri parlament əksəriyyətindən təyin edilir.
Missiyanın bir sıra həmsöhbətləri bildiriblər ki, bu formul hökumətyönlü qüvvələrə bütün komissiyalar üzərində nəzarət əldə etməyə imkan verir, seçki komissiyalarının qərəzsizliyinə olan etibarı sarsıdır.
Seçki qanunvericiliyinin təhlilində qeyd edilir ki, son illər qəbul edilmiş düzəlişlər nəticəsində namizədlər dövlət maliyyəsindən məhrum edilib, seçkiqabağı təşviqat isə 23 günə qədər azaldılıb.
2009-cu ildə Konstitusiyaya düzəlişlər hazırki prezidentin üçüncü müddət üçün seçilməsinə imkan verir. Avropa Şurası Venesiya Komissiyası bunu “demokratiya sahəsində geriyə doğru addım” kimi qiymətləndirib.
Rəydə seçici siyahısı ilə bağlı rəqəmlərdə fərqlərə də diqqət çəkilir. MSK-nin məlumatına görə, hazırda təxminən 4,9 milyon seçici var, bu isə Dövlət Statistika Komitəsinin 6 400 000 seçici olması haqqında məlumatından xeyli fərqlənir.
Hər bir potensial namizəd 40 000 seçici imzası təqdim etməlidir.
Missiyanın bir sıra həmsöhbətləri seçkiqabağı dövrdə əsas azadlıqlarının həyata keçirilməsində ciddi problemlərlə qarşılaşdıqlarını bildiriblər. Xüsusən, toplaşmaq və birləşmək azadlıqları məhdudlaşdırıldığı üçün siyasi partiyaların və vətəndaşların siyasi baxışlarını sərbəst şəkildə ifadə etmək imkanı məhduddur.
Bir neçə partiya ofis və görüş üçün yerlərlə təmin edilməkdə problemlər olduğunu bildiriblər.
Müxalifətdən bir namizəd 2013-cü ilin əvvəllərindən həbsdədir (İlqar Məmmədov) və daha bir müxalifət lideri (Əli Kərimli) 2005-ci ildən xaricə gedə bilmir, ona pasport verilməkdən imtina edilir.
Bir neçə televiziya kanalı olmasına baxmayaraq, vətəndaşların müxtəlif siyasi baxışlara çıxışı məhduddur. Eyni zamanda, çap mediasının tirajları məhduddur.
Böhtan və digər ittihamlar üzrə məhkəmə iddiaları jurnalistlərin sərbəst işləməsinə və fikir bildirməsinə imkan vermir.
4 iyun 2013-cü ildə diffamasiya haqqında cinayət məsuliyyəti İnternetə də şamil edilib.
Qanunda İctimai Televiziyada ümumilikdə 6 saat pulsuz efir vaxtı nəzərdə tutulub, bu müddət qeydiyyatdan keçmiş namizədlər arasında bərabər bölünür.
Bir neçə milli təşkilat uzunmüddətli müşahidə fəaliyyəti həyata keçirməyi planlaşdırır. Lakin səslərin paralel hesablanmasını həyata keçirməyi nəzərdə tutan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin dövlət qeydiyyatından indiyədək imtina olunur.
Seçkiqabağı missiya DTİHB-nin əsas ekspertlər qrupuna əlavə olaraq, ATƏT ölkələrindən daha 30 uzunmüddətli müşahidəçi və 280 qısamüddətli müşahidəçi ezam etməyi tövsiyə edir.