Boko Haram qaçırılan qızların azad edilməsi üçün şərt qoyub

İslamçı ekstremist Boko Haram qrupunun lideri yayımlanan yeni videoda bildirib ki, o, Nigerya hökuməti tərəfindən saxlanılan üsyançıların 200-dən çox qaçırılan qızla dəyişdiriməsinə razıdır.

17 dəqiqəlik videoda qrupun lideri Əbubəkir Şekaunun bir neçə dəqiqə danışmasından sonra təxminən 130 qızın şəhərdən kənar ərazidə hicabda dua etdiyi göstərilir. O, qızların İslamı qəbul etdiyini iddia edir.

Qızlardan üçü yayımlanan videoda müsahibə verib. Onlardan ikisi xristian olduqlarını və islamı qəbul etdiklərni deyib.

İslamçı ekstremist qrup keçən ay 300-dən çox məktəbli qızı qaçırib. Onlardan 53-ü qaçmağa nail olsa da, 276 qız hələ də qrup tərəfindən saxlanılır.

Nigeriya rəsmiləri yüzlərlə Boko Haram üsyançısını həbsxanada saxlayır.

Birləşmiş Ştatlar və digər ölkələr qızların axtarışına kömək məqsədi ilə kəşfiyyat və hərbi mütəxəssisləri Nigeryaya göndərib.

ABŞ Dövlət Departamenti video ilə tanış olunduğunu və onun həqiqi olmasına şbühə olmadığını bildirib. Dövlət Departamentinin sözçüsü Cen Psaki Birləşmiş Ştatların Nigeriyanın Boko Haramla bağlı fəaliyyətini izlədiyini deyib. O əlavə edib ki, ABŞ-ın siyasəti girovdarlara qızların azad edilməsi üçün pul verməməkdən ibarətdir.