Qubad İbadoğlu: Sosial-iqtisadi gərginlik artmaqda davam edəcək [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

İqtisadçı ekspert Qubad İbadoğlu ilə müsahibə

Ekspertin fikrincə, gərginliyin səbəbləri işsizlik, əmək haqqının aşağı olması və məmur özbaşınalığıdır
İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində reginlarda baş verən qarşıdurmaların sosial-iqtisadi səbəblərindən danışıb.

“Regionlarda iş yerləri əhalinin sayına nisbətdə azdır, əmək haqları aşağıdır, məmur özbaşınalığıdır”, o qeyd edib.

Ekspertin fikrincə, regionlara ayrılmış dövlət büdcəsinin vəsaitləri bir çox hallarda korrupsiya qurbanına çevrilir.

“Əhalinin şikayətlərinə baxılmır, iqtisadi azadlıqlar boğulur, yerlərdə gəlirli biznes sahələri məmurlar arasında bölünüb”.

Qubad İbadoğlu hesab edir ki, hökumət əhali və vətəndaş cəmiyyəti ilə dialoq aparmalı, problemlərin həlli üçün addımlar atmalıdır.

“İndi qarşıdurmaların səbəbləri araşdırmalı olduğu halda, hökunmətin siyasətinə etiraz edənlər cəzalandırılır. Bu çıxış yolu deyil. Bu siyasət davam etdirilərsə, sosial gərginlik artmqada davam edəcək”, o qeyd edib.