Prezident Obama və Səudiyyə kralı Abdulla İranın sui-qəsd cəhdinə ciddi cavab verməyə söz verir

  • Amerikanın səsi

Prezident Obama və Səudiyyə kralı Abdulla İranın sui-qəsd cəhdinə ciddi cavab verməyə söz verir

ABŞ prezidenti Barak Obama və Səuidyyə Ərəbistanı kralı Abdulla İranın Vaşinqtonda səudiyyə səfərinə qarşı güman edilən sui-qəsd cəhdini telefon söhbəti zamanı müzakirə ediblər

Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı İran hökuməti elementlərinin Vaşinqtonda səudiyyə səfirinə qarşı güman edilən sui-qəsd cəhdi ilə bağlı beynəlxalq ictimaiyyətin vahid mövqedən çıxış etməsinə bu buna ciddi reaksiya verməsinə nail olacaqlarına söz verib.

Ağ Ev ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanı kralı Abdullanın məsələni çərşənbə günü telefon söhbəti zamanı müzakirə etdiklərini bildiirb. Söhbət zamanı dövlət başçıları sui-qəsd cəhdinin beynəlxalq normaların ciddi pozulması olduğu və günahkarların məsuliyyətə cəlb etməyə söz veriblər.

İran bu iddiaları rədd edib. Dövlətə məxsus İRNA xəbər agentliyi Xarici İşlər nazirinin müavini Əli Əhaninin bu ssenarini absurd adlandırığı və Səudiyyə Ərəbistanını ABŞ-ın region ölkələri arasında münasibətləri pozmaq cəhdlərinə ehtiyatla yanaşmağa çağırıb.

ABŞ Dövlət katibi Hillari Klinton baş tutmamış cəhdi İranın uzun müddətdir əl atdığı siyasi zorakılıq və terrorizmə dəstək kursunun təhlükəli bir həddə çatdığının göstəricisi olduğunu deyib. O bildirib ki, ABŞ İranı təcrid etmək və İran hökumətinə təzyiq göstərmək üçün beynəlxalq müttəfiqlərlə yaxından iş aparacaq.