Martın 4-də bir qrup Azərbaycanlı hüquq müdafiəçisi Rusiyanın Bakıdakı səfirliyi qarşısında Ukraynaya hərbi müdaxiləyə etiraz aksiyası keçirib. Polis əməkdaşları "təhlükəsizlik tədbirləri" ilə əlaqədar aksiya iştirakçılarının səfirliyin binasına yaxınlaşmasına icazə verməyiblər.
Ukraynaya humanitar yardım aksiyası hazırda davam edir. Müharibənin davam etdiyi ölkədə yaşayanların ən çox nəyə ehtiyacı olduğunu bilənlər Ukrayna səfirliyinin qarşısında sıraya düzülüblər. Ukraynalılara dəstək üçün səfirliyin qarşısına gələnlər özləri ilə müxtəlif yardım paketləri gətiriblər.
Müstəqil tələbə təşkilatı olan Tələbə Güc Mərkəzi 2020-ci ilin mart ayında yaradılıb. Fəaliyyətinin 2-ci ilini tamamlayan təşkilatın əsas məqsədləri tələbə hüquqlarını müdafiə etmək, onların maarifləndirilməsi, elmi-praktiki işlərə cəlb edilməsi və onların ictimai-siyasi rolunun artırılmasıdır.
Martın 2-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Fevralın 28-də Yasamal rayon Məhkəməsində 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Ramil Ədilovun Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında məhkəmə iclası baş tutmayıb.
Fevralın 23-də Bakı Apellyasiya Məhkəməsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov da daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə apellyasiya baxışı davam edib.
Fevralın 22-də Səbail Rayon Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun Səbail Rayon Prokurorluğunun qərarından verdiyi şikayətlə bağlı məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Tofiq Yaqublu baş vermiş hadisə ilə bağlı izahat verib. Vəkil Nemət Kərimli bir neçə vəsatət qaldırıb.
Bu gün, fevralın 17-də Bakı Apellyasiya məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, bu partiyanın sədri Əli Kərimlinin sürücüsü olmuş Paşa Umudovun məhkəmə baxışı keçirilib.
Yanvarın 17-də hazırda həbsdə olan Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova Baş Prokurorluq binası qarşısında etiraz aksiyası keçirib. Gülmirə Aslanova Azərbaycanın baş prokuroru Kamran Əliyevlə görüş tələb edib və işin yenidən baxılmasını istə
Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qıza qarşı təcavüzdə təqsirləndirilən Əsgər Ağazadənin məhkəmə prosesi keçirilib.
"Günəş şəhəri" adlı qrup sərgisi keçirilib YARAT Müasir İncəsənət Məkanının ARTIM Layihə Məkanında gənc rəssamlar Ramina Boçarova, Erkin Ələkbərli, Mehrin Əlili, Rəsul Quliyev, Şəlalə Salamzadə və İsmayıl Səfərəlinin əsərlərindən ibarət “Günəş şəhəri” qrup sərgisi keçirilib.
Yanvarın 12-də Bakı Apellyasiya Məhkəməsində "Gəncə işi" üzrə verilən hökmdən edilmiş apellyasiya şikayətinin növbəti məhkəmə iclası keçirilib. Proses anket yenilənməsi ilə davam edib.
Yanvarın 11-də həbsdə olan xəbərman.com saytının redaktoru Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) binası qarşısında təkbaşına etiraz aksiyası keçirib.
Bakıda Yeni il bayramı qeyd olunur. Bayramı evində, ailəsi ilə birgə, süfrə ətrafında qeyd etmək istəyənlər ilk növbədə bazarlara üz tutur.
Dekabrın 30-da jurnalist Sevinc Sadıqova və Gülmirə Aslanova Prezident Administrasiyasının qarşısında yeni “Media haqqında” qanun layihəsinin qəbuluna etiraz olaraq aksiya keçirib.
Dekabrın 30-da "Müdafiə Xətti" İnsan Haqları Təşkilatının mətbuat konfransı keçirilib. Konfransda 2021-ci il üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair təşkilatın hesabatı səsləndirilib.
Bakı 2022-ci ili qarşılamağa hazırlaşır. Bu münasibətlə şəhər Yeni il əhvalına bürünüb. Paytaxt bayram işıqları, yolkalar, Yeni ilin simvoluna çevrilmiş müxtəlif aksesuarlarla bəzədilib.
Dekabrın 28-də bir qrup jurnalist Milli Məclisin binası qarşısında yeni “Media haqqında” qanun layihəsinin müzakirəsinə etiraz olaraq aksiya keçirib. 30-dan çox jurnalistin qatıldığı aksiyada iştirakçılar “Qanundan qandal düzəltmə”, “Azad media istəyirik!”, “Icazəli jurnalistika istəmirik!”,
Bakıda "Handicraft"-ın təşkilatçılığı ilə əyləncə, yarmarka və moda göstərisindən ibarət festival keçirilib.
Daha çox yüklə