Accessibility links

Azərbaycan-Ermənistan sərhədində atışmaların davam etdiyi bildirilir


Azərbaycan-Ermənistan sərhədi boyunca gərginlik davam etməkdədir. Belə ki, aprelin 5-dən başlayaraq qarşılıqlı atışmalar davam edir. Rəsmi məlumatlata görə, atışmalar nəticəsində xəsarət alanlar olmayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, aprelin 6-da Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Gədəbəy, Kəlbəcər və Laçın rayonu istiqamətində yerləşən mövqelərini ümumilikdə 16 dəfə olmaqla, müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bildirilib ki, qeyd olunan bütün istiqamətlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənistan Müdafiə Nazirliyi isə bildirir ki, aprelin 6-da və 7-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan Silahlı Qüvvələrinin mövqelərini müxtəlif istiqamətlərdən iriçaplı pulemyotlardan atəşə tutub.

Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın mövqeləri atəşə tutulmayıb.

İki ökənin sərhədində gərginlik aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan arasında keçirilən üçtərəfli görüşdən sonraya təsadüf edir.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG