Accessibility links

Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir


Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir. Tərəflər mövcud duruma görə bir-birini günahlandırır.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, aprelin 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Habelə, Ermənistan silahlı qüvvələrinin aprelin 9-da Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu bildirilir.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatı reallığı əks etdirmir. Əksinə, aprelin 8-də Sunik (Gorus) rayonunun Ərəvus və Xoznavar kəndləri istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Kəlbəcər rayonu istiqamətində atəş açılması ilə bağlı xəbər isə onların sözlərinə görə real deyil.

Tərəflərin məlumatında zərəçəkənlərin olub-olmaması əksini tapmayıb.

İki ökənin sərhədində gərginlik aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan arasında keçirilən üçtərəfli görüşdən sonraya təsadüf edir. Qərb rəsmiləri öz bəyanatlarında tərəfləri zorakılıqdan çəkinməyə və sülh prosesini davam etdirməyə çağırıblar.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG