Accessibility links

Torbyörn Yaqland: Azərbaycanda ifadə azadlığı və məhkəmələrin müstəqilliyi sahəsində irəliləyiş gözləyirik [Video]


Torbyörn Yaqland: Azərbaycanda ifadə azadlığı və məhkəmələrin müstəqilliyi sahəsində irəliləyiş gözləyirik
please wait

No media source currently available

0:00 0:03:59 0:00

Avropa Şurasının baş katibi Bakıda görüşlər keçirir. O, İlqar Məmmədovun həbsdən azad edilməsini xahiş edəcək.

Mayın 20-də Bakıda səfərdə olan Avropa Şurasının baş katibi Torbyörn Yaqland (Thorbjorn Jagland) EL Hərəkatı (Eldar Namazov), NIDA Vətəndaş Hərəkatı (Turqut Qəmbər), REAL Hərəkatı (Natiq Cəfərli), hüquq müdafiəçiləri Leyla Yunus, Arzu Abdullayeva, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Emin Hüseynov ilə görüş keçirib.

El Hərəkatının sədri Eldar Namazov Amerikanın Səsinə bildirib ki, aaat yarım davam edən görüşdə Azərbaycanda mövcud durum, demokratiya, insan haqları, siyasi məhbus problemləri, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirmə vəziyyətləri müzakirə olunub.

Eyni zamanda Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi dövründə fəaliyyət planının yerinə yetirilməsi də müzakirə mövzusu olub.

Hüquq müdafiəçiləri baş katibə təcili reaksiya tələb olunan siyasi məhbusların siyahısı təqdim edib.

Avropa Şurasının nümayəndə heyəti isə Azərbaycanda demokratiya və insan hüquqlarının əsas diqqət mərkəzində olduğunu vurğulayıb.

Avropa Şurasının saytının məlumatına görə mayın 20-də Avropa Şurasının baş katibi Torbyörn Yaqland Bakıya iki günülük səfəri zamanı prezident İlham Əliyev, digər hökumət nümayəndələri ilə insan hüquqlarının pozulması məsələlərini müzakirə edəcək.

T.Yaqland Avropa Şurasının maliyyələşdirdiyi Siyasi Tədqiqatlar Məktəbinin direktoru İlqar Məmmədovun həbsdən azad edilməsini xahiş edəcək.

Baş katib Azərbaycanla bağlı fəaliyyət planını elan edəcək. Fəaliyyət planı Avropa Şurasının irəliləyişlər olmasını gözlədiyi ifadə azadlığı və məhkəmələrin müstəqilliyi sahələrini əhatə edir.

“Çox ümid edirəm ki, Azərbaycan əməkdaşlıq etmək və Avropa standartlarına cavab vermək niyyətini nümayiş etdirmək üçün bu imkandan istifadə edəcək”, deyə Yaqland bildirib.


Mayın 23-də baş katib Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin Bakıda keçiriləcək toplantısında iştirak edəcək və növbəti dönəm baş katib vəzifəsinə namizədliyini irəli sürəcək.
XS
SM
MD
LG