Accessibility links

Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti üzrə qərarı elan edəcək


İlqar Məmmədov
İlqar Məmmədov

Qərar mayın 22-də elan ediləcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 22-də REAL Hərəkatının lideri İlqar Məmmədovun şikayəti üzrə qərarı elan edəcək.

İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı həbs olunub.

Vəkili Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, İ.Məmmədovun şikayəti 2013-cü ilin aprelində prioritet qaydada baxılmaq üçün qəbul olunub. Şikayətdə İ.Məmmədovun Avropa Konvensiyasının 5-ci ( azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə çəkişməsi hüququ), 13-cü (effektiv müdafiə vasitəsi hüququ), 14-cü (siyasi mənsubiyyətə görə diskriminasiyanın qadağan olunması) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozulması məsələsi qoyulur.

Güman etmək olar ki, AİHM-in qərarı İ.Məmmədovun xeyrinə olacaq. Çünki AİHM bu işə böyük diqqət yetirir və onu prioritet qaydada, yəni növbədənkənar baxılmaq üçün qəbul edib.

Qeyd edək ki, İ.Məmmədov İsmayıllı hadisələri ilə bağlı 7 il azadlıqdan məhrum edilib. Əgər Apellyasiya və ya Ali Məhkəmə İ.Məmmədova bəraət verməsə müdafiə tərəfi hökm üzrə AİHM-ə şikayət verəcək.

Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı İ.Məmmədovu “vicdan məhbusu” elan edib.
XS
SM
MD
LG