Accessibility links

Cavad Heyətlə vida mərasimi Elmlər Akademiyasında olacaq


Cavad Heyət (Foto Araz Elsəsin Facebook səhifəsindən götürülüb)

Cavad Heyət (Foto Araz Elsəsin Facebook səhifəsindən götürülüb)

O Fəxri xiyabanda torpağa tapşırılacaq

Azərbaycanın tanınmış ziyalısı, ictimai xadim Cavad Heyətin cənazəsi vida üçün bu gün saat 13-də Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında qoyulacaq. Bu barədə Amerikanın Səsinə Cavad Heyətin ailəsindən bildiriblər.

Vida mərasimi saat 17.00-dək davam edəcək. Cavad Heyət Fəxri xiyabanda torpağa tapşırılacaq.

Bütün xərcləri Azərbaycan hökuməti üzərinə götürüb.

Cavad Heyət avqustun 12-də Bakıda vəfat edib. O iyulun 7-də xəstəxanaya yerləşdirilmişdi, pnevmaniya və qan azlığından əziyyət çəkirdi.

Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. O cərrah-alimdir. İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirib, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvüdür. Tehranda Azərbaycan dilində çap edilən "Varlıq" dərgisinin təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifidir. Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktorudur.

XS
SM
MD
LG