Accessibility links

Aksiya “Yeni parlament seçkiləri keçirilsin!”, “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” və b., şüarlarla keçiriləcək.

İctimai Palata aprelin 8-də Bakının Bayıl qəsəbəsindəki sürücülük məktəbinin həyətində mitinq keçirəcək. İctimai Palatanın Koordinasiya Şurası bu gün Bakı şəhər İcra Hakimiyyətinin təklifini qəbul etdiyini bildirib.

Aksiya “Yeni parlament seçkiləri keçirilsin!”, “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Əmanətlər birə-bir qaytarılsın!”, “Əmlak hüquqları pozulmasın!” şüarları ilə keçiriləcək.

Xatırladaq ki, İctimai Palata “Nərimanov” və ya “Təbriz” kinoteatrının qarşısında aksiyaya icazə verilməsini təklif edib və digər variantları da müzakirə etməyə hazır olduğu bildirib. Bakı şəhər İcra Hakimiyyəti isə aksiyanın Bayıl ərazisindəki sürücülük məktəbinin həyətində keçirilməsini təklif edib.

Mövzuya uyğun

XS
SM
MD
LG