Accessibility links

Əli Həsənov: Anar Məmmədli ilə bağlı bəyanatlardakı fikirləri təhlil edirik


 Əli Həsənov
Əli Həsənov

Anar Məmmədli və vəkilləri ona qarşı ittihamları əsassız siyasi motivli təqib kimi hesab edirlər

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmədli ilə bağlı müxtəlif beynəlxalq təşkilatların dəyərləndirmələri, o cümlədən bəyanatları, açıqlamaları cəmiyyət üçün əhəmiyyətsiz deyil, biz onları dəyərləndiririk, öyrənirik.

Trend agentliyinin məlumatına görə, bu barədə jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov deyib ki, bəyanatlarda səsləndirilən fikirləri təhlil edirlər, lakin Azərbnaycan cəmiyyətinin özünün idarəetmə metodları, prinsipləri və qanunları var:

"Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmamışdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alıb o addımları atırlar. Əlbəttə, bu məsələni də biz araşdırırıq. İlk növbədə, Azərbaycan dövlətinin maraqlarını, bu qanunların tələblərini nəzərə alıb addımlar atırlar".

PA rəsmisi deyib ki, Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorliuq lazımi açıqlamanı verib və təhqiqat gedir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri qanunsuz sahibkarlıq, vergidən yayınmada ittiham edilir.

Anar Məmmədli və vəkilləri ona qarşı ittihamları əsassız siyasi motivli təqib kimi qiymətləndirir.

Xarici İşlər Nazirliyi dekabrın 25-də verdiyi açıqlamada Anar Məmmədli ilə bağlı cinayət işinin mahiyyətinin siyasiləşdirilməsini Azərbaycanın suverenliyinə hörmətsizlik kimi dəyərləndirib.

Öz növbəsində ABŞ Dövlət Departamenti Anar Məmmədlinin həbsi ilə bağlı bəyanatla çıxış edib və dərhal azadlığa buraxılmasına çağırıb.
XS
SM
MD
LG