Accessibility links

Təbrizli fəal İbrahim Dəştinin həbs hökmü təsdiq olundu

  • Insafəli Hidayət

Təbrizli fəal İbrahim Dəştinin həbs hökmü təsdiq olundu

Təbrizli fəal İbrahim Dəştinin həbs hökmü təsdiq olundu

Dəşti özünə qarşı irəli sürülən ittihamların əsassız olması və onlarla əlaqədar dəlillərin mövcud olmaması iddiası ilə vəkili Nağı Məhmudinin köməyi ilə Şərqi Azərbaycanın Ali Məhkəməsinə etiraz şikayəti vermişdi.

Şərqi Azərbaycanın Ali Məhkəməsi (Təcdidi Nəzər) təbrizli mədəni fəal İbrahim Dəştiyə Təbrizin İnqilab Məhkəməsinin üçüncü şöbəsinin verdiyi 3 ay 1 gün həbs cəzasını təsdiq edib. Bu xəbəri "İran Üçün İttihad" və "Günün Aynası" xəbər sitələri yayıblar.

"İran Üçün İttihad" sitəsi yazır ki, İbrahim Dəştinin 3 ay 1 günlük həbs hökmü, 2011-ci il Fevralın 11-i (Bəhmən ayının 22-si) Təbrizin İnqilab Məhkəməsinin üçüncü şöbəsi tərəfindən verilmişdi.

Digər xəbərlərə əsasən, Dəşti özünə qarşı irəli sürülən ittihamların əsassız olması və onlarla əlaqədar dəlillərin mövcud olmaması iddiası ilə vəkili Nağı Məhmudinin köməyi ilə Şərqi Azərbaycanın Ali Məhkəməsinə etiraz şikayəti vermişdi. İranın Bəşər Haqları Fəallarının Xəbər Ajansı HARANA-nın verdiyi xəbərə istinadən, Ali məhkəmənin hakimləri bu itirazı qəbul etməyib və İnqilab Məhkəməsinin hökmünü təsdiqləyərək həmin məhkəməyə geri göndərib.

Təbrizli Nağı Məhmudi daha 60 siyasi və mədəni fəalı məhkəmələrdə müdafiə edib. Onun dediyinə görə bundan dolayı təhlükəsizlik ya əmniyyət qüvvələrinin tələbləri əsasında, Cənab Məhmudinin vəkil kimi fəaliyyət göstərməsi üçün ehtiyac olan vəkillik lisenziyasının yəni vəkalət icazəsi barədə sənədin müddəti uzadılmayıb. Daha əvvəl də onun universitələrdə dərs deməyinin də qarşısı alınmışdı.

"Günün Aynası"İbrahim Dəştiyə oxunan ittihamların "İslam Cumhuriyyəti əleyhinə təbliğat və təxribat məqsədilə təşkilatlanmaq" sayır. Qeyd olunur ki bu ittihamlar, İranda tez-tez siyasi və mədəni fəallara oxunan ittihamlardan sayılır.

Beləliklə, İbrahim Dəşti haqqında çıxarılan hökm İcra Məhkəməsinə gedəcək və o məhkəmənin müəyyən etdiyi tarixdə Dəşti Təbrizin Mərkəz Zindanına göndəriləcək.

Bundan əvvəl də təbrizli siyasi və mədəni fəal və “Azqala” sitəsinin redaktoru Həsən Ərk eyni ittihamlarla eyni cəzaya məhkum olmuşdu.

XS
SM
MD
LG