Accessibility links

Prokuror jurnalistə 6 il həbs istəyib


Seymur Həzi
Seymur Həzi

Seymur Həzi ittihamı qəbul etmir

Yanvarın 22-də Abşeron rayon Məhkəməsində "Azadlıq" qəzetinin şərhçisi Seymur Həzinin işi üzrə prokuror çıxış edib. O, Həzinin 6 il, digər təqsirləndirilən şəxs Məhərrəm Həsənovun 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bu barədə Amerikanın Səsinə vəkil Adil İsmayılov bildirib.

Məhkəmənin növbəti iclası yanvarın 27-nə təyin edilib. Həmin iclasda vəkillərin və təsqsirləndirilən şəxslərin çıxışları gözlənilir. Vəkil həmin gün hökm çıxarılacağını istisna etmir.

Müdafiə tərəfi hesab edir ki, Həziyə qarşı planlaşdırılmış təxribat törədilib və jurnalist peşə fəaliyyətinə görə təqib olunur.

29 avqust 2014-cü ildə avtobus dayanacağında Məhərrəm Həsənov adlı şəxs jurnalistə yaxınlaşıb və facebook-da guya ona cavab verməməsinə görə Həzini təhqir etməyə başlayıb. Daha sonra o, yumruqla Həziyə hücum edib və onu döyməyə başlayıb. Özünümüdafiə məqsədilə Həzi hücum edən şəxsi əlindəki butılka ilə vurub. Elə həmin vaxt polis gəlib, Həzini saxlayıb və şöbəyə aparıb.

Seymur Həzi müxalif “Azadlıq” qəzetinin aparıcı icmalçılarından biri, həmçinin ölkə hakimiyyətini kəskin tənqid edən “Azərbaycan saatı” İnternet TV-nin aparıcısıdır.

XS
SM
MD
LG