Accessibility links

Əli Həsənov: Azərbaycanda mətbuat azaddır


“Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda tədbir

“Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda tədbir

“Bəzi beynəlxalq qurumların iddialarının əksinə olaraq Azərbaycanda azad mətbuat mövcuddur”, Prezident Administrasiyasının şöbə müdiri bildirib. Hökumət qurumları Beynəlxalq Mətbuat Azadlığı Gününü qeyd edib

Mayın 2-də Azərbaycan Prezidenti yanında KIV-ə Dəstək Fondu, Milli Teleradio Şurası və Mətbuat Şurası “Ümumdünya Mətbuat Azadlığı Günü”nə həsr olunmuş “Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda tədbir keçirib.

Azərbaycanda azad mətbuatın mövcud olduğunu söyləyən Mətbuat Şurasının
sədri Əflatun Amaşovun fikrincə, ölkədə söz azadlığı ilə bağlı
qanunvericilik mükəmməldir, hətta bəzi dövlətlərin qanunlarından daha
təkmildir.

Əlbəttə böyük cəmiyyətik və baş verən hər hansı hadisədən sığortalanmamışıq. Jurnalistlərlə bağlı döyülmə və məhkəmə halları yaşanır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov “bəzi beynəlxalq qurumların iddialarının əksinə
olaraq Azərbaycanda azad mətbuatın mövcud” olduğunu deyib.

“Azərbaycanda heç bir media orqanı onun fəaliyyətinə bu və ya digər şəkildə qadağa qoyulduğunu iddia edə bilməz. Əlbəttə böyük cəmiyyətik
və baş verən hər hansı hadisədən sığortalanmamışıq. Jurnalistlərlə
bağlı döyülmə və məhkəmə halları yaşanır. Biz iddia etmirik ki,
cəmiyyət bu problemlərdən tam qurtulub. Əsas məsələ ondan ibarətdir
ki, azad media mövcuddur”, o qeyd edib.

Əli Həsənov əlavə edib ki, “Azərbaycandakı hazırkı media mühiti öz
demokratikliyi, şəffaflığı və jurnalistlərin fəaliyyətinə yaradılan
şəraiti ilə dünya ölkələrindən çox da fərqlənmir”.

Əsas məsələ ondan ibarətdir ki, azad media mövcuddur
O bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri medianın siyasiləşmə
tendensiyasından xilas olmasıdır. Şöbə müdiri qeyd edib ki, bu gün
Azərbaycan mediası siyasi düşərgələr arasında qruplaşıb: “iqtidar,
müxalifət, müstəqil yönlü və “reket” media. “Reket” media cəmiyyətin
probleminə çevrilib. İqtidar mətbuatı çalışır ki, hakimiyyətin
fəaliyyətinin ancaq yaxşı tərəfini göstərsin və təbliğ etsin.

Müxalifət yönümlü medianın fəaliyyəti hakimiyyətin fəaliyyətini
yalnız qaralamağa, müsbət tendensiyaları göstərməməyə və cəmiyyət
Evlər jurnalistlərə 22 İyul - Milli Mətbuat Günündə təqdim olunacaq. 16 mərtəbəli bina 156 mənzildən ibarətdir.
həyatında iqtidarın işini ifşa etməyə yönəlib. Müstəqil media isə
yavaş-yavaş formalaşmaqdadır. Azərbaycan hakimiyyətinin bu məsələdə
əsas vəzifəsi medianı normal hala gətirməkdir. Medianın əsas meyarı
ictimai rəy olmalıdır”.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli efir
mədəniyyəti, televiziya və radio verilişlərinin keyfiyyəti,
milli-mənəvi dəyərlərin qorunması məsələlərindən danışıb.

O deyib ki, bəzən yeri gəldi-gəlmədi təmsil olunduğu qurum siyasətçilər tərəfindən ittiham olunur.

Bəzən yeri gəldi-gəlmədi MTRŞ siyasətçilər tərəfindən ittiham olunur.
“Bizi günahlandırırlar ki, bəzi siyasi qüvvələri təmsil edən şəxslər proseslərlə bağlı televiziyalarda görünmür. Birmənalı şəkildə qeyd edirəm ki, Milli Teleradio Şurası siyasi qurum deyil və biz də bu proseslərə qarışmırıq”. N.Məhərrəmli özəl kanallara
hər hansı göstəriş vermək səlahiyyətlərinin olmadığını da qeyd edib.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dövlət tərəfindən
jurnalistlər üçün nəzərdə tutulan binanın tikintisinin başa çatdığını
deyib.

O qeyd edib ki, binada təmir işləri aparılır və evlər
jurnalistlərə 22 İyul - Milli Mətbuat Günündə təqdim olunacaq. Onun
sözlərinə görə, 16 mərtəbəli bina 156 mənzildən ibarətdir.
XS
SM
MD
LG