Accessibility links

NİDA-çılar Bakı Apellyasiya Məhkəməsinin ilkin baxışından kassasiya şikayəti verəcək


NİDA fəalları (Plakat NİDA-nın Facebook səhifəsindən götürülüb)
NİDA fəalları (Plakat NİDA-nın Facebook səhifəsindən götürülüb)

NİDA fəalı Şahin Novruzlu apellyasiya şikayətindən imtina etməyib

Əfv ərizəsi imzalayan NİDA fəalı Şahin Novruzlu apellyasiya şikayətindən imtina etməyib və bəraət hökmündə israr edir. Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

Novruzlu iyulun 11-də Bakı Apellyasiya Məhkəməsində NİDA fəallarının şikayətinin baxışında iştirak edib. Bu zaman Novruzlu digər təqsirləndirilənlərlə eyni qəfəsdə olub və onlar arasında heç bir problem olmayıb.

Öz növbəsində, Məhəmməd Əzizovun vəkili Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, bütün təqsirləndirilən şəxslərin vəkilləri təkrar məhkəmə istintaqı keçirilməsi haqqında vəsatəti təmin etməyən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermək niyyətindədirlər.

Bununla əlaqədar olaraq məhkəmə iclası iyulun 18-nə qədər təxirə salınıb.

6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Şahin Novruzlu, Məhəmməd Əzizov, Bəxtiyar Quliyev, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı və İlkin Rüstəmzadəni 10 mart 2013-cü il etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsirli bilib və 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Sonradan Bəxtiyar Quliyev əfv ərizəsi yazıb və apellyasiya şikayətindən imtina edib. Xatırladaq ki, Amnesty İnternational bütün müttəhimləri “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG