Accessibility links

İran həbsxanasında azərbaycanlı fəalın səhhəti pisləşib


İran həbsxanasında azərbaycanlı fəalın səhhəti pisləşib

İran həbsxanasında azərbaycanlı fəalın səhhəti pisləşib

Tehran məhkəməsi təbrizli fəalı “Facebook” şəbəkəsində müqəddəsləri təhqir etməkdə günahlandıraraq 7 il azadlıqdan məhrum edib.

İl yarımdır Tehranın Evin zindanında saxlanan azərbaycanlı “Facebook” fəalı Haniyə Fərşi Şotorbanın səhhətinin ağır olduğu haqda məlumat yayılıb.

ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Haniyə Fərşi Şotorbanı 2010-cu il iyul ayında tutublar. Tehran məhkəməsi təbrizli fəalı “Facebook” şəbəkəsindəki yazışmalarında müqəddəsləri təhqir etməkdə, sistemə qarşı təbliğat aparmaqda və ölkənin milli təhlükəsizliyinə çıxmaqda günahlandıraraq 7 il müddətinə azadlıqdan məhrum edib.

“Media forum” saytının məlumatına görə, həbsinin bir müddətini zindanda təkadamlıq kamerada saxlanan, ardıcıl olaraq fiziki və psixoloji təzyiqlərə məruz qalan Haniyə Fərşi böyrəyindəki nasazlıqdan ciddi əziyyət çəkir. Fəalın şəhər xəstəxanasında müalicə almağa ehtiyacı olsa da, zindan rəsmilərinin buna şərait yaratmadığı vurğulanır. Təbrizli siyasi məhbus Haniyənin səhhətinin ciddi təhlükə ilə üz-üzə qaldığı bildirilir.

XS
SM
MD
LG