Accessibility links

Sərhədsiz Reportyorlar mətbuat yırtıcılarını elan edib


Mətbuat yırtıcıları

Mətbuat yırtıcıları

Təşkilat dünya üzrə 39 mətbuat yırtıcısının adını açıqlayıb. Onların arasında İlham Əliyev və Vasif Talıbov da var

Ümumdünya Mətbuat Azadlığı Günündə “Sərhədsiz Reportyorlar” təşkilatı ənənəvi “mətbuat yırtıcıları” siyahısını açıqlayıb. Siyahıya 39 dövlət başçısı, siyasətçi, dini və hərbi xadimin adları daxildir.

Onlar jurnalistlərin və digər mətbuat işçilərinin qətlinə, oğurlanmasına, təqib edilməsinə, işgəncələrə məruz qalmasına bağlı olan şəxslərdir.

“Yırtıcılar” üçün ümumi xarakterik hal onların qanundan yüksəkdə olduqlarını düşünmələridir.

“Mətbuat yırtıcıları” getdikcə daha da fəallaşır. Belə ki, 2012-ci ildə dünyada mətbuata qarşı zorakılıq görünməmiş səviyyəyə çatıb, rekord sayda jurnalist öldürülüb”, - təşkilatın baş katibi Kristof Delor bildirib.

Təşkilatın məlumatında deyilir ki, bu il qurum hər “yırtıcı”nın adından özünəməxsus esse açıqlayıb ki, burada onlar öz “xidmətlərindən” danışırlar. Bu siyasi satira metodu hər bir “mətbuat yırtıcısı”nın xarakterini daha yaxşı açmağa, bu və ya digər liderin “mətbuat yırtıcısı” elan olunmasının səbəblərini izah etməyə imkan verir.

Qeyd edək ki, 39 “mətbuat yırtıcı”sının arasında 2012-ci ildə olduğu kimi, Azərbaycandan iki nümayəndə var. Onlar dövlət başçısı İlham Əliyev və Vasif
Talıbovdur.

Onlar barədə esseni buradan oxumaq olar:

http://en.rsf.org/predator-ilham-aliyev,44544.html

http://en.rsf.org/predator-vasif-yusif-oghlu-talibov,44553.html

Öz növbəsində, Azərbaycan prezidenti dəfələrlə ölkədə mətbuat azadlığının təmin edildiyini bəyan edib. Onun sözlərinə görə, media prezident də daxil olmaqla hökumətin bütün üzvlərini tənqid edir. Media işçilərinə dövlət qayğısı var. Media və internet tam azaddır .

Müstəqil media ekspertləri isə ölkədə əksər media qurumlarının iqtidarın nəzarətində olduğunu bildirir. Hazırda 8 jurnalist və bloger həbsdədir. Son illər qətlə yetirilmiş iki yazarın qatilləri hələ də tapılmayıb.
XS
SM
MD
LG