Accessibility links

Təbrizli Fəal Fəranək Fərid həbsə məhkum olundu


Təbrizli siyasi, mədəni və qadın haqları fəalı Fəranək Fərid həbs və pul cəzasına məhkum olundu. Bu xəbər İran İnsan Haqları Fəallarının Xəbər Ajansı (HRANA), Cərəs və İran Azərbaycanlı vebsaytlarda yayılıb.

Cərəs vebsaytı ki, Yaşılların lideri, Mir-Hüsen Musəvi-yə yaxındır və bu barədə yazır ki, Təbrizin Umumi Məhkəməsinin 104 nümrəli cəza şöbəsi Fəranək xanımı 91 gün həbsə məhkum etdi. Eyni zamanda, Təbrizin İnqilab məhkəməsinin birinci şöbəsi onun digər ittihamına görə xanım Fəridi bir milyon tümən (1000 dollar) cərimələdi.

Xəbərlərdə deyilir ki,Umumi Məhkəmənin 104 –cü cəza şöbəsi, Fəranəkə “Urmu gölünün xilası layihəsinin İran parlamentində rədd olmasına qarşı etirazlarda iştirakından dolayı, “nizamı pozmaq” ittihamı ilə ona 91 gün həbs cəzası verib.

Qeyd olmalıdır ki, İran Azərbaycanlıları illərcə Urmu Gölünün qurumasına etiraz edəndən sonra, neçə millət vəkili bir layihə hazırlayaraq İran prezidentindən istəmişlər ki, Araz çayından və ya Xəzər dənizindən bu gölə su gətirsin və bu gölün qurumasınının qarşısını alsın. Amma bu layihə İran millət vəkillərinin çoxu tərəfindən qəbul olunmadı və bəzi millət vəkilləri belə bir təklif irəli sürdülər ki, Azərbaycanlılar Azərbaycan topraqlarından digər yerlərə köçsünlər.

Bu verilən təklif və Urmunun qurumasının qarşısını almaq üçün verilən layihənin rəddi, Azərbaycanlıların rəaksiyasına səbəb oldu, Azərbaycan vilayətlərində bir neçə gün etiraz nümayişləri, polislə toqquşmalar başverdi, çoxlu adam həbsə alındı. Fəranək xanım bu etirazlarda Təbrizin Əmin xiyabanında tutuldu. Bəzi xəbərlərdə deyilir ki, Fəranək xanım tutulan zaman polis və məmurların ona qarşı gücdən istifadə etmiş, xanım Fərid “döyülmüş və təhqir olunmuş dur.”

Digər tərəfdən isə, xalqı həmən etirazlarda iştiraka dəvət etmək, Fəranək xanımın digər ittihamıdır ki, bununla bağlı olaraq o Umumi Məhkəmədə yox, İnqilab məhkəməsinin birinci şöbəsində, mühakimə olmuşdu. İttihamda deyilir ki, Fəranək xanım text ya SMS yazmaq və mubibl telefon vasitəsilə dostlarını etiraz numayişlərində iştiraka çağırmaqla “iranın islami hakimiyyəti ziddinə təbliğat aparmış”.

Fəranək xanım Fərid qazetəçi, yazar, şair və mütərcim dir və eyni halda Azərbaycan məsələsində və İranda xanımların haqları uğurunda ciddi çalışan birisidir. O, altı ay əvvəl tutulandan sonra, 43 gün həbsdə qalmışdır və sonra 100 milyon (100 min dollarlıq) vəsiqə ödəməklə müvəqqəti olaraq azad olmuşdu.

Bu iki hökmə əsasən, Fəranək Fəridin iki yolu var. O ya hökümləri qəbul edərək həbs cəzasını çəkəcək və cəriməni ödüyəcək və yada Şərqi Azərbaycanın Ali məhkəməsinə etiraz verəcək.

XS
SM
MD
LG