Accessibility links

İki azərbaycanlı aşıq Tehran zindanında aclıq aksiyası keçirir


Xəbər mənbələri iki aşığa qarşı ittihamların nələrdən ibarət olması barədə məlumat verməsələr də belə göstərilir ki, onların həbsində İrandan xaric ölkələrə səfər etmələri və İran Azərbaycanı adına müxtəlif ölkələrdə azərbaycan musiqisini səsləndirmələrinin rolu olub

Aşıq İsmayıl Bərzigər və aşıq Rəsul Heydərzadə, iki Azərbaycanlı aşıqdılar ki, vəkil tutmaq haqqını əldə etmək məqsədilə Tehranın Evin həbsxanasında aclıq aksiyasına (etisabi qəza) başlayıblar. Bu xəbər müxtəlif mənbələr o cümlədən ASA (Güney Azərbaycan Əfv Təşkilatı, AZOH (Azərbaycan Öyrənci Hərəkatı) və Araz News vebsaytları tərəfindən yayılıb.

ASA- ya Güney Azərbaycanın Əfv Təşkilatı bu iki aşığın aclıq aksiyalarının başlanmasın bayram ayının 23-dən elan edib və onların aksiyasının səbəbinin vəkil tutmaq haqqını geri almaq olduğunu yazır və əlavə edir ki, onların vəziyyəti çox ağırdır.

Xəbərlərə əsasən, aşıq İsmayıl və aşıq Rəsul üç aydan çoxdur ki, Tehranın Evin zindanın 350 nümrəli hissəsində məhbusdurlar.

Bu halda, Yaşıl Hərəkatına bağlı olan “Cərəs” vebsaytı fərqili məlumat yayır və iddia edir ki, bu iki azərbaycanlı aşıq, 3-üncü dəfə üçün aclıq aksiyasına başlayıblar və həmən xəbərdə qeyd olur ki onlar 11 aydan bəri Evin həbsxanasında saxlanırlar.

Xəbər mənbələri iki aşığa qarşı ittihamların nələrdən ibarət olması barədə məlumat verməsələr də belə göstərilir ki, onların həbsində İrandan xaric ölkələrə səfər etmələri və İran Azərbaycanı adına müxtəlif ölkələrdə azərbaycan musiqisini səsləndirmələrinin rolu olub

Digər tərəfdən, İran qanunlarına görə , xarici ölkələrə səfər edib oralarda musiqi icra etmək cinayət sayılmır. Eyni halda ki, İran qanunlarında musiqinin icrası azaddır. Bundan dolayı, İttilaat idərələrinin həmin aşıqlara qarşı ayrı ittihamları olmalıdır.

İran Azərbaycanının xəbər vebsaytları yazırlar ki, aşıq İsmayıl Bərzigər və aşıq Rəsul Heydərzadə difa vəkili tutmaq haqqını əldə etmək məqsədi ilə keçən üç ayın içində, bundan əvvəl, bir dəfə də aclıq aksiyası aparmışdılar amma Evin zindanının məqamlarının vədələrinə əsasən, aclıqdan əl çəkmişlər amma zindan rəsmiləri öz sözlərini yerinə yetirmədikləri üçün iki aşıq bir müddətdən sonra yenidən aclıq aksıyasına başlamışlar.

Bu aclıq aksiyası 20 gündür ki, davam edir və İnsan haqları fəallarının nigaranlığına səbəb olub və hələki, aclığ davam edir.

Son xəbər odur ki, aclıq aksıyasının xəbəri zindandan çıxmasın diyə, onları Evinin 350 nümrəli hissəsindən bir nəfərlik kameraya aparıblar və oların durumundan tezlikllə xəbər tutmaq çətindir. Cərəs yazır ki, bu iki aşığı Evin həbsxanasının 240 nümrəli hissənin biradamlıq kameralarına aparıblar.

Cərəsin xəbərinə əsasən, bu iki aşıq məlum olmayan ittihamlardan dolayı və vəkilsiz olaraq mühakimə olublar və məhkəmə hökmü də verilib və onlar hökmə etiraz veriblər. Onların etirazına, indilikdə Ali Məhkəmədə baxılmalıdır. Bu o haldadır ki, onların vəkili yoxdur və vəkil tutmaları üçün onlara imkan verilməyib.

XS
SM
MD
LG