Accessibility links

Şərqi Azərbaycanda 5 gün ərzində 740 nəfərdə koronavirus aşkarlanıb


Məhəmməd Hüseyn Somi
Məhəmməd Hüseyn Somi

İran xəbər agentliklərinə istinadən, Şərqi Azərbaycan vilayətində 5 gün ərzində Covid-19 infeksiyasına 740 yeni yoluxma faktı qeydə alınıb.

Təbriz Tibb Universiteti və səhiyyə xidmətinin rəhbəri doktor Məhəmməd Hüseyn Somi may ayının 3-dən 8-nə qədər Şərqi Azərbaycanda təqribən 3 min nəfərin testdən keçirildiyini və bunlardan 740 nəfərdə koronavirusun aşkarlandığını bildirib.

Yarı-rəsmi “Fars” agentliyinin xəbərinə əsasən, Somi koronavirus nəticəsində ölüm hallarının sayı ilə bağlı məlumat verməyib, amma vilayətdə ölənlərin sayının getdikcə azaldığını ifadə edib.

Təbriz Tibb Universitetinin rektoru Şərqi Azərbaycanda ümumi vəziyyətin yaxşılaşmağa doğru getdiyini söyləsə də, “bəzilərinin pandemiyanı görməzdən gəlib və hətta unutduqlarından” narahat olduğunu önə çəkib.

“Bəziləri Covid-19 virusunu görməzdən gəlir və hətta unudublar. Virusa yoluxanlar izolyasiya və ev karantini qaydalarına riayət etməlidirlər,” Məhəmməd Hüseyn Somi qeyd edib.

XS
SM
MD
LG