Accessibility links

Ərdəbildə 6 şəxsə həbs və şallaq cəzası verilib


Ərdəbil vilayətində Parsabad (Muğan) şəhərinin sabiq bələdiyyə başqanı daxil olmaqla 6 nəfər haqqında həbs və şallaq cəzası çıxarılıb.

İranın dövlət agentliyi İRNA bu haqda Ərdəbil Ədliyyə İdarəsinin rəisi hakim Nasir Ətəbatinin açıqlamalarına istinad edərək məlumat yayıb.

Ətəbatinin açıqlamalarına əsasən, daha əvvəl Parsabad bələdiyyəsində maliyyə pozuntuları ilə əlaqədar nəzarət altına alınan şəxslərdən 6 nəfər, o cümlədən Parsabadın sabiq bələdiyyə başqanı, Parsabad şəhər şurasının bir üzvü, Parsabad bələdiyyəsi və daşınmaz əmlakın qeydiyyat idarəsində çalışan iki vəzifəli şəxs haqqında hökm verilib.

İRNA sözügedən şəxslərin “ərazinin bölünməsi və istifadə məqsədinin dəyişdirilməsi üçün rüşvət alıb və rüşvət vermək ittihamı ilə həbs, şallaq, cərimə və vəzifədən uzaqlaşdırma” cəzasına məhkum olduqlarını bildirib.

Hakim Ətəbatinin dediklərinə görə, Parsabad bələdiyyəsində maliyyə pozuntuları ilə əlaqədar məhkəmə dosyesi İslam İnqilabı Qvardiyasının (Sepah) kəşfiyyat şöbəsinin əməkdaşlığı ilə təşkil edilmişdi.

XS
SM
MD
LG