Accessibility links

Vitse-prezident Co Bayden Milli SIlah Assosiasiyasının rəhbərliyi ilə görüşür


ABŞ vitse-prezidenti Co Bayden bu gün ən böyük silah hüquqları müdafiəçisi olan Milli Silah Assosiasiyasının rəhbərliyi ilə görüşəcək. Görüşdə o, silahlı zorakılıqla bağlı məsələləri müzakirə edəcək.

“Prezident və mən bir sıra addımlar atmağı müəyyənləşdirmişik. Bunu şəkillərə baxmaqla və ya sadəcə sizin fikirlərinizi soruşmaqla etmirik. Bizə sizin nə deyəcəyiniz çox maraqlıdır. Prezidentin dediyi kimi, əgər bizim atacağımız addımlar hətta bir insanın həyatını xilas edəcəksə, bunu etməyə dəyər”- deyə vitse-prezident bildirib.

Bayden çərşənbə günü Ağ Evdə silah təhlükəsizliyi qrupu, silahlı zorakılıq qurbanlarının ailə üzvləri və insidentlərdən sağ qurtulanlarla görüşüb. Vitse-prezident deyib ki, o və prezident Barak Obama qanunverici və icraedici qanunlar daxil olmaqla müxtəlif yolları araşdırır.

Keçən ay Konnektikut ştatında orta məktəbdə 6 məktəb işçisi və 20 şagirdin ölümü ilə nəticələnmiş silahlı zorakılığa cavab olaraq cənab Obama silah zorakılığını azaltmaq üçün “konkret təkliflər paketi” tərtib etməyi Baydena tapşırıb. Bu hadisə Birləşmiş Ştatlarda silah nəzarəti ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Ağ Ev bildirib ki, prezident Konqresdən silahlara, yüksək tutumlu daraqlara və tərcümeyi-halın yoxlanması prosesinə sərt məhdudiyyətlər qoyulmasını istəyir.

Ancaq Milli Silah Assosiasiyası və silah hüquqları müdafiəçiləri dövlətin addımlarının konstitusional hüquq sayılan silah sahibi olmaq qanununu pozacağından narahatdır.
XS
SM
MD
LG